banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Respublika Pediatriya Mərkəzi və Milli Pediatriya Dərnəyi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində konfrans keçiriləcək

loader

25 oktyabr 2025-ci il tarixində saat 09:00-da Gəncə şəhərində “Gəncə Konfransı” keçiriləcək. Tədbir Respublika Pediatriya Mərkəzi və Milli Pediatriya Dərnəyi İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutacaq. 

Milli Pediatriya Dərnəyi İctimai Birliyi Gəncə Regional Konfransı, pediatriya sahəsində mütəxəssislərin bilik və təcrübələrinin artırılması, müasir tibbi yeniliklərin paylaşılması və pediatrik xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikasında aktual mövzular üzrə fikir mübadiləsinin təşkili məqsədilə keçirilir. Konfransın əsas məqsədi pediatriya sahəsində yüksək keyfiyyətli tibbi xidmətin təmin olunmasına dəstək olmaqdır. 

 Eyni zamanda tədbir, tibb işçilərinin davamlı tibbi təhsilini dəstəkləyərək onların elmi və peşəkar inkişafına töhfə verəcək. Qeyd edək ki, tədbirin Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiyası planlaşdırılır.