Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğuş edən ana və onun körpəsi Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub.
Tibb müəssisəsində hər ikisinə dərhal zəruri tibbi xidmətlər göstərilib və müvafiq şöbələrə yerləşdiriliblər.
Hamiləliyin patologiyası şöbəsinə qəbul edilən 2005-ci il təvəllüdlü ana, tibbi müayinələrə cəlb olunub, stasionarda yardım göstərilib, plasenta xaric edilib, doğuşdan sonrakı dövrdə qanaxmanın profilaktikası aparılıb və hazırda vəziyyəti stabil qiymətləndirilir.
Yeni doğulmuş körpə isə Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxş olmadığına görə CPAP cihazına qoşulub. Hazırda körpə xüsusi nəzarət altında saxlanılır.
Vaxtından əvvəl, 36 həftəliyində dünyaya gələn körpənin çəkisi 2200 qram, boyu 47 sm, kişi cinslidir.
Məlumat üçün bildirək ki, bu gün səhər saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb.
Dərhal hadisə yerinə briqada cəlb olunub.
Metropoliten əməkdaşları tərəfindən ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım briqadasının əməkdaşları şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb.
Daha sonra ana və körpə müvafiq xəstəxanaya hospitalizasiya olunub.
Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğuş edən ana və onun körpəsi Respublika Klinik Xəstəxanasına yerləşdirilib
Digər xəbərlər
TƏBİB əməkdaşları Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da iştirak edib
04.05.2026
Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdində olan 1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub
04.05.2026
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin könüllülərinə ilkin tibbi yardım mövzusunda təlim keçirilib
24.04.2026
TƏBİB-in dəstəyi ilə III Beynəlxalq Fiziotexnoterapiya Konqresi keçirilib
05.05.2026
Ümumdünya Əl Gigiyenası Günü ilə əlaqədar maarifləndirici təlimlər keçirilib
05.05.2026
Saatlıda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunan tibbi aksiya və elmi-praktik konfrans keçirilib
30.04.2026
Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan onlayn təlim keçirilib
29.04.2026
Şamaxıda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunan regional elmi-praktik konfrans keçirilib
28.04.2026
TƏBİB-in dəstəyi ilə “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib
13.04.2026
Şamaxıda minimal invaziv cərrahiyyəyə həsr olunan 12-ci regional konfrans keçirilib
13.04.2026