banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasında müasir kompüter tomoqrafiyası fəaliyyətə başlayıb

loader

TƏBİB region xəstəxanalarında yararsız tibb avadanlıqların yeniləri ilə əvəz olunması və müasir standartlara uyğun tibbi avadanlıqların quraşdırılması və beləliklə ölkəmizdə səhiyyə infrastrukturunun yenilənməsi istiqamətində tədbirləri davam etdirir.

Növbəti yeniliklərdən biri də Şəmkir Rayon Mərkəzi Xəstəxanası ilə bağlıdır. Tibb müəssisəsində ilk dəfə kompüter tomoqrafiyası (KT) xidməti istifadəyə verilib.

Yeni quraşdırılan KT 32 kəsimlidir. Avadanlıq kontrastlı və nativ çəkiliş, eləcə də 3D görüntüləmə, yüksək ayırdetmə və aşağı dozalı skanetmə qabiliyyətinə malikdir.

Kompüter tomoqrafiyası daxili orqanların, sümüklərin, yumşaq toxumaların və qan damarlarının təfsilatlı görüntüsünü əldə etmək üçün istifadə olunan şüa diaqnostikası metodudur. Bu metodun əsasını rentgen şüalarının istifadəsi təşkil edir.

Adi rentgen müayinəsindən fərqli olaraq, kompüter tomoqrafiyası bir sıra toxumaların, həmçinin ağciyərin, sümüklərin və qan damarlarının təfərrüatlı görüntüsünü verir, görüntüləməni real zaman rejimində təmin edir. Kompüter tomoqrafiyasının köməyi ilə təyin olunmuş diaqnoz, diaqnostik cərrahi müdaxiləyə və yaxud biopsiyaya ehtiyacı aradan qaldıra bilər.

Xatırladaq ki, pasiyentlər əvvəl KT müayinələri üçün ətraf şəhər və rayonlarda yerləşən digər dövlət və özəl tibb müəssisələrinə yönləndirilirdi.

TƏBİB mərhələli şəkildə bu xidmətin mövcud olmadığı digər tibb müəssisələrində də kompüter tomoqrafiyası xidmətinin təşkili istiqamətində tədbirləri davam etdirir.

loader
loader
loader