Ötən ilin iyul ayında istifadəyə verilən Şəki Ürək Mərkəzində bugünədək 745 angioqrafiya və angioplastika əməliyyatları həyata keçirilib.
Bu dövr ərzində tibb müəssisəsinin Ürək cərrahiyyəsi şöbəsinə ümumilikdə 120-dən çox pasiyentin stasionar qəbulu baş tutub. Həmin xəstələrə aorta şuntlama əməliyyatı icra olunub.
Eyni zamanda Şəki və ətraf rayonlardan 250-dən çox pasiyent miokard infarktı, kardiogen şok vəziyyəti və s. şikayətlərlə məhz bu mərkəzə təxliyə edilib.
Ən müasir tibbi avadanlıqlarla təmin olunan Şəki Ürək Mərkəzi təcrübəli və çevik tibbi heyəti ilə birlikdə 7/24 saat vətəndaşlara xidmət göstərir. Tibb müəssisəsində 7 həkim, 50-dən çox tibb personalı fəaliyyət göstərir.
Burada vətəndaşlara təqdim olunan bütün zəruri tibbi xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır.
Xatırladaq ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının nəzdində Şəki Ürək Mərkəzinin açılışı TƏBİB tərəfindən həyata keçirilən regional “Ürək Mərkəzləri” layihəsi çərçivəsində ötən ilin 19 iyul tarixində baş tutub.
Mərkəzin açılışı zamanı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, Mərkəzdə invaziv kardiologiya, invaziv aritmologiya, ürək-damar cərrahiyyəsi, koronar angioqrafiya, koronar angioplastika, perikardiosentez kimi kardioloji xidmətlər, eləcə də maqnit rezonans tomoqrafiyası (MRT) və kompüter tomoqrafiyası (KT) kimi radioloji xidmətlərin göstərilməsi imkanları var.
Qeyd edək ki, əvvəllər Şəki və ətraf rayonlarda ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, əsasən, paytaxt Bakıya təxliyə edilirdi. Artıq onlar üçün ən yaxın ünvanda sahə üzrə keyfiyyətli və əlçatan tibbi xidmətlər təşkil olunur.
İlk bir ildə Şəki Ürək Mərkəzində 750-yə yaxın cərrahi əməliyyat icra olunub
Digər xəbərlər
Respublika Klinik Xəstəxanasının həkim-kardioloqunun apardığı tədqiqat nüfuzlu beynəlxalq jurnalda dərc olunub
13.02.2026
Mərkəzi Neftçilər Xəstəxanasında yeni əməliyyatxana istifadəyə verilib
12.02.2026
Ümumdünya Xəstələr Günü ilə əlaqədar tədbir keçirilib
11.02.2026
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilib
16.02.2026
Goranboy, Xocalı, Biləsuvar, Qobustan, Laçın, Masallı, və Tərtər rayonlarında səyyar tibbi müayinələr təşkil edilib
11.02.2026
Uşaqların icbari dispanserizasiyası çərçivəsində 3 400-ə yaxın uşaq müayinələrə cəlb edilib
06.02.2026
Nizami Tibb Mərkəzində Whipple əməliyyatının icrasına başlanılıb
05.02.2026
“Dəm qazı ilə zəhərlənmə: diaqnostika və müalicə” mövzusunda onlayn vebinar keçirilib
04.02.2026
Şamaxıda Gənc Tibb İşçilərinin Respublika Konfransı keçirilib
02.02.2026
“Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masa keçirilib
01.02.2026