TƏBİB-in təşkilatçılığı ilə Yeni Klinikada “Mamalığın aktual problemləri: təxirəsalınmaz çağırışlar” adlı seminar keçirilib.
Ölkə üzrə 67 tibb müəssisəsindən 200-ə yaxın əməkdaşın qatıldığı tədbir “Təhlükəni ümidə çevir: hər uşaq və hər ana üçün!” şüarı altında baş tutub. TƏBİB tabeli doğuşayardım xidməti göstərən tibb müəssisələrindən doğum evlərinin (doğum şöbələrinin) müdirləri, doğuşayardım xidmətində anestezioloji-reanimatoloji xidmət göstərən həkim-anestezioloqlar, baş mamalar, hamilələrin qəbul edildiyi acil şöbəsinin məsul həkimlərinin iştirak etdiyi seminara, eyni zamanda onlarla şəxs “Zoom” platforması vasitəsilə qoşulub.
TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin Ana və uşaq sağlamlığı şöbəsinin Doğuşayardım Komissiyası ilə birgə keçirdiyi seminara qurumun İcraçı direktorunun müavini Anar İsrafilov sədrlik edib.
Tədbiri giriş sözü ilə açan A.İsrafilov ana və uşaq ölümü göstəricilərinin səhiyyənin prioritet göstəricisi olduğunu vurğulayıb. O, bu sahədə yeniliklərin əldə olunması və qüsurların aradan qaldırılması istiqamətində təxirəsalınmaz addımların atılmasının zəruriliyini bildirib.
İxtisaslı tibb xidmətin təşkili departamentin rəhbəri Nəzrin Mustafayeva kritik halların təhlilinin vacibliyini vurğulayaraq, bunun ana ölümlərinin azaldılmasında effektiv metodlardan biri olduğunu qeyd edib.
Doğuşayardım Komissiyasının sədri, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Perinatal Mərkəzin rəhbəri Təranə Rəcəbli “Mamalıqda kritik hallara dair” məruzə ilə çıxış edərək, ÜST-nin data analitiklərinin ana ölümlərinin qarşısının alınmasının əsas yolunu “Ölümlə nəticələnməyən kritik halların” azaldılmasında gördüyünü və bu məqsədlə xüsusi metodikanın işlənib hazırlandığından bəhs edib.
TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Emil Qasımov “Mamalıqda zahılıq qanaxmaları: yayılmış damardaxili laxtalanma və anestezioloji-reanimasiya xidmətinin xüsusiyyətləri” haqqında məruzə ilə çıxış edib, mamalıqda anestezioloji-reanimatoloji xidmətin xüsusiyyətlərindən bəhs edib.
Yeni Klinikanın Reproduktiv Sağlamlıq və Ailə planlanması mərkəzinin rəhbəri Gülnar Nuriyeva “Mamalıqda qanaxmalara müasir yanaşmalar” adlı məruzə ilə çıxış edərək, mamalıqda (hamiləlik, doğuş və doğuşdan sonrakı dövrdə) rast gəlinən qanaxmaların növləri, onların səbəbləri, diaqnostikası və müalicəsində tətbiq olunan müasir yanaşmalar barədə ətraflı məlumat verib.
TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova “TƏBİB tabeli tibb müəssisələrində kritik halların, mamalıq qanaxmalarının müalicəsi və profilaktikasında mövcud vəziyyət” mövzusunda çıxış edib və tibb müəssisələrində olan təminat, təchizat, mamalıq xidmətinə dair təlimatlar və əmrlər barədə iştirakçıları məlumatlandırıb.
Ana və uşaq sağlamlığı şöbəsinin baş məsləhətçisi Hicran Kazımova TƏBİB tabeli tibb müəssisələrində son zamanlarda baş verən üç riskli mamalıq hadisəsini auditoriyaya təqdim edib və bu barədə məlumat verib.
Tədbirdə iştirakçıların interaktivliyinin təmin edilməsi məqsədilə müasir texnologiyalardan istifadə edilərək iştirakçılar üçün təlimdən əvvəl və sonra testlər hazırlanıb, eləcə də nəticələr təhlil olunub.
İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva yekun sözlə çıxış edərək, tədbir iştirakçılarının çalışdığı müəssisələrə qayıtdıqda kritik halların təhlili metodikasının tədbiqini gücləndirilməsini tövsiyə edib, bu müqabildə tədbirlərin ildə iki dəfə keçiriləcəyini və müəssisə rəhbəri tərəfindən kritik halların hesabatlılığının təmin edilməsinin vacibliyini vurğulayıb.
Tədbirin sonunda 67 tibb müəssisəsinin hər birinə 14 mövzuya aid müasir milli klinik protokol nümunələrindən ibarət toplu təqdim edilib.
Əlavə olaraq riskli mamalıq hallarında peşəkarlıq və fədakarlıqla xidmət göstərərək hamilənin və körpənin həyatını xilas etdikləri üçün Göyçay Rayon Mərkəzi Xəstəxanası, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Gəncə Şəhər Birləşmiş Xəstəxanası və Respublika Təcili və Təxirəsalınmaz Tibb Yardım Mərkəzinin aidiyyəti komandalarına “Xilaskar komanda” adı ilə təltif verilərək Təşəkkürnamə təqdim edilib.
“Mamalığın aktual problemləri: təxirəsalınmaz çağırışlar” adlı seminar keçirilib
Digər xəbərlər
Leyla Əliyeva Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanasını ziyarət edib.
04.03.2026
Xocavənd və Xocalı rayonlarına yola salınan köç karvanını təcili tibbi yardım briqadaları müşayiət edib
12.03.2026
Anar İsrafilov vətəndaşları qəbul edib
05.03.2026
TƏBİB-in dəstəyi ilə “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib
13.04.2026
Şamaxıda minimal invaziv cərrahiyyəyə həsr olunan 12-ci regional konfrans keçirilib
13.04.2026
“Mentor Klinika” layihəsi çərçivəsində bağlanmış əməkdaşlıq memorandumunun 3 aylıq fəaliyyətinin nəticələrinə həsr olunmuş hesabat iclası keçirilib
10.04.2026
TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov qəbul qrafikinə uyğun olaraq vətəndaşları qəbul edib
09.04.2026
“Autizm spektr pozuntusu: klinik idarəetmə” vebinarı keçirilib
03.04.2026
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşlarına ilkin tibbi yardım mövzusunda təlim keçirilib
03.04.2026
"Yenidoğulmuşlara tibbi yardım üzrə klinik protokollar" mövzusunda vebinar keçirilib
03.04.2026