banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında əməkdaşlıq çərçivəsində "Regionlarda uşaqların müayinəsi" layihəsi davam edir

loader

TƏBİB-in dəstəyilə keçirilən layihə bu dəfə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında təşkil olunub. Bakıdan dəvət olunan müxtəlif ixtisaslardan həkimlərin iştirakı ilə keçirilən müayinələr zamanı Zaqatala və ətraf rayonlardan olan 260 uşaq tibbi xidmətlərdən yararlanıb. Onlardan 1 uşağa bölgədə stasionar müalicə təyin olunub, 24-ü isə göndərişlə Bakıda fəaliyyət göstərən ixtislaşmış tibb müəssisələrinə yönləndirilib.

Layihənin icrası zamanı həmçinin neonatoloqlar üçün təlim və neonatoloji xəstələrin konsultasiyası təşkil olunub.

Qeyd edək ki, növbəti tibbi müayinələrin Daşkəsən, Şamaxı və Masallıda təşkil olunması nəzərdə tutulur.

loader
loader
loader
loader
loader
loader
loader