banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

“Kardioloji təcili hallar: klinik standartlar və alqoritmlər” mövzusunda regional elmi-praktik seminar keçirilib

loader

 TƏBİB-in təşkilatçılığı ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Təcili Tibb Akademiyası ilə birgə “Regional təcili tibb zirvəsi” layihəsi çərçivəsində “Kardioloji təcili hallar: klinik standartlar və alqoritmlər” mövzusunda regional elmi-praktik seminar keçirilib.

Tədbirdə Qərb bölgəsini əhatə edən tibb müəssisələrinin həkim-kardioloqları, reanimatoloqları və digər ixtisaslı tibb işçiləri iştirak ediblər.

Seminarın əsas məqsədi kardioloji təcili hallarda (miokard infarktı, aritmiyalar, kəskin ürək çatışmazlığı və s.) erkən müdaxilə, düzgün diaqnostika və müasir müalicə protokollarının tətbiqinə dair bilik və bacarıqların artırılması olub.

Tədbiri giriş sözü ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi açaraq, regionlarda tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində bu cür elmi tədbirlərin əhəmiyyətini vurğulayıb.

Konfrans çərçivəsində Kliniki Tibbi Mərkəz, Yeni Klinika və Dövlət Təhlükəsizliyi Xidmətinin təcili yardım bölməsinin əməkdaşları tərəfindən kardioloji təcili hallarda klinik idarəetmə, diaqnostik yanaşmalar və müalicə alqoritmləri barədə təqdimatlar edilib, praktiki tövsiyələr və real klinik vəziyyətlər müzakirə olunub.

Tədbir qarşılıqlı fikir mübadiləsi və praktiki biliklərin paylaşılması ilə yekunlaşıb. Qeyd edək ki, bu cür regional tədbirlər həkimlərin peşəkar inkişafına dəstək olmaqla yanaşı, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə, pasiyent təhlükəsizliyinin təmininə və vahid klinik protokolların tətbiqinin təşviqinə xidmət edir.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader