TƏBİB-in “Mentor Klinika” layihəsi çərçivəsində Abşeron Rayon Mərkəzi Xəstəxanası, Mərkəzi Neftçilər Xəstəxanası, Respublika Klinik Xəstəxanası, Sabunçu, Nərimanov tibb mərkəzlərinin rəhbərliyi və işçi qrupu tərəfindən tibb müəssisələrinə baxış keçirilib.
Quba, Ağcabədi, İsmayıllı, Ağsu, Şəmkir, Tovuz, Göyçay, Ucar rayon mərkəzi xəstəxanalarına və Şirvan Şəhər Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə yerində tanışlıq məqsədilə müəssisələr ziyarət olunub, birgə monitorinq həyata keçirilib. Tibb müəssisələrinin mövcud problemləri və gələcək fəaliyyət istiqamətləri ətrafında geniş müzakirələr aparılıb.
Görüşlər zamanı müəssisələr arasında əməkdaşlığın gücləndirilməsi, klinik protokolların optimallaşdırılması və idarəetmədə müasir yanaşmaların tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin tibbi heyətin bilik və bacarıqlarının artırılması məqsədilə təlim və mentorluq mexanizmlərinin tətbiqi nəzərdə tutulub.
Qeyd edək ki, TƏBİB-in “2025-2027-ci illər üzrə Strateji Plan”ına uyğun olaraq əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək və səhiyyə sisteminin səmərəliliyini artırmaq məqsədilə “Mentor Klinika” layihəsinin icrasına başlanılıb. "Mentor Klinika" layihəsinin məqsədi regionlarda əhalinin yüksək keyfiyyətli, əhatəli və əlçatan tibbi xidmətlə təmin olunmasını gücləndirməklə, ölkə üzrə səhiyyə sistemində balanslı inkişafı təşviq etmək və Bakı şəhərinə olan pasiyent axınını azaltmaqdır. Layihənin hədəfi isə region xəstəxanalarının kliniki baxımdan gücləndirilməsi, özünü maliyyələşdirmə qabiliyyətinin yüksəldilməsi, xidmət sayının və çeşidliliyinin artırılmasıdır.
Hazırda tibb müəssisələrində göstərilən xidmət sayı Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə 55 %, regionlar üzrə isə 45 % təşkil edir. Layihə çərçivəsində TƏBİB-in tabeliyində olan Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə bir neçə xəstəxananın mentor klinika statusu alaraq müəyyən edilmiş region xəstəxanalarına bilavasitə dəstək göstərməsi nəzərdə tutulub. Bu mentorluq çərçivəsində həkimlərin regionlarda fəaliyyət göstərməsi, tibb bacılarının təlimi, tibbi xidmət çeşidinin artırılması və idarəetmə üzrə konsultativ dəstək planlaşdırılır.
Qeyd edək ki, layihənin ilkin pilot mərhələdə 1 il müddətində həyata keçirilməsi nəzərdə tutulub.
“Mentor Klinika” layihəsi çərçivəsində tibb müəssisələrinə baxış davam etdirilir
Digər xəbərlər
TƏBİB əməkdaşları Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da iştirak edib
04.05.2026
Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdində olan 1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub
04.05.2026
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin könüllülərinə ilkin tibbi yardım mövzusunda təlim keçirilib
24.04.2026
TƏBİB-in dəstəyi ilə III Beynəlxalq Fiziotexnoterapiya Konqresi keçirilib
05.05.2026
Ümumdünya Əl Gigiyenası Günü ilə əlaqədar maarifləndirici təlimlər keçirilib
05.05.2026
Saatlıda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunan tibbi aksiya və elmi-praktik konfrans keçirilib
30.04.2026
Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan onlayn təlim keçirilib
29.04.2026
Şamaxıda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunan regional elmi-praktik konfrans keçirilib
28.04.2026
TƏBİB-in dəstəyi ilə “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib
13.04.2026
Şamaxıda minimal invaziv cərrahiyyəyə həsr olunan 12-ci regional konfrans keçirilib
13.04.2026