2025-ci ilin yanvar-iyun ayları ərzində TƏBİB-in “815” Çağrı Mərkəzinə ümumilikdə 70 609 zəng daxil olub. Müraciətlərdən 68 768 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 1 841 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 926 müraciətlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 802 müraciətlə bağlı məsələ həll edilib, 113 müraciət elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.
Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.
Qeyd edək ki, TƏBİB-in “815” Çağrı Mərkəzi 2022-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında əsas məqsəd daxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası, vətəndaş məmnunluğunun təmin edilməsidir.
Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla yanaşı, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi (https://lnkd.in/ePuarF-6), eləcə də info@tabib.gov.az elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər.
“815” Çağrı Mərkəzinə 70 mindən çox zəng daxil olub
Digər xəbərlər
Respublika Klinik Xəstəxanasının həkim-kardioloqunun apardığı tədqiqat nüfuzlu beynəlxalq jurnalda dərc olunub
13.02.2026
Mərkəzi Neftçilər Xəstəxanasında yeni əməliyyatxana istifadəyə verilib
12.02.2026
Ümumdünya Xəstələr Günü ilə əlaqədar tədbir keçirilib
11.02.2026
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilib
16.02.2026
Goranboy, Xocalı, Biləsuvar, Qobustan, Laçın, Masallı, və Tərtər rayonlarında səyyar tibbi müayinələr təşkil edilib
11.02.2026
Uşaqların icbari dispanserizasiyası çərçivəsində 3 400-ə yaxın uşaq müayinələrə cəlb edilib
06.02.2026
Nizami Tibb Mərkəzində Whipple əməliyyatının icrasına başlanılıb
05.02.2026
“Dəm qazı ilə zəhərlənmə: diaqnostika və müalicə” mövzusunda onlayn vebinar keçirilib
04.02.2026
Şamaxıda Gənc Tibb İşçilərinin Respublika Konfransı keçirilib
02.02.2026
“Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masa keçirilib
01.02.2026