banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasında “Kardioloji təcili hallar: klinik standartlar və alqoritmlər” adlı seminar keçiriləcək

loader

TƏBİB və Azərbaycan Təcili Yardım Akademiyasının əməkdaşlığı çərçivəsində 19 iyul 2025-ci il tarixində Şəmkir Rayon Mərkəzi Xəstəxanasında “Kardioloji təcili hallar: klinik standartlar və alqoritmlər” adlı seminar keçiriləcək.

Tədbirin məqsədi təcili kardioloji vəziyyətlərin idarə olunmasında vahid klinik yanaşmanın formalaşdırılması və müasir müalicə alqoritmlərinin tibbi personal arasında yayılmasından ibarətdir.

Tədbir çərçivəsində tibb mütəxəssislərinin miokard infarktı, aritmiya, ürək çatışmazlığı və digər təcili hallarda beynəlxalq və yerli klinik protokollara əsaslanaraq düzgün qərarlar qəbul etməsinə dəstək verilməsi, müxtəlif ixtisaslı mütəxəssislər – kardioloq, reanimatoloq, təcili yardım həkimləri və terapevtlər arasında effektiv əməkdaşlığın təşviqi, real klinik situasiyalar üzərində simulyasiyalar, müzakirələr və təhlillərlə peşəkar bacarıqların artırılması nəzərdə tutulur. Eyni zamanda, tədbir tibb işçilərinin davamlı tibbi təhsilini dəstəkləyərək onların elmi və peşəkar inkişafına töhfə verəcək.

Qeyd edək ki, tədbirin Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiyası planlaşdırılır.

Qeydiyyat üçün: "Kardioloji təcili hallar: klinik standartlar və alqoritmlər” adlı seminara qeydiyyat.