Yeni Klinikada ilk dəfə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində orqan transplantasiyası əməliyyatı icra olunub. Canlıdan-canlıya köçürülən böyrək transplantasiyası əməliyyatı uğurla başa çatıb.
Xroniki böyrək çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə müraciət edən 26 yaşlı şəxsə (kişi) 59 yaşlı atasından böyrək köçürülməsi əməliyyatı icra edilib. Laparoskopik (qapalı) üsulla baş tutan donorun əməliyyatı və böyrək transplantasiyasından sonra hər iki şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib.
Hazırda resipiyentin stasionar müalicəsi həkim nefroloqlar Cəbrayıl Cəbrayılov və Nərmin Ömərlinin təqibi ilə davam etdirilir. Pasiyentin yaxın günlərdə evə yazılması planlaşdırılır. Donor olan şəxs isə artıq ambulator müalicə üçün evə buraxılıb.
Əməliyyat tibb müəssisənin direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədovun rəhbərliyi, eyni zamanda ümumi cərrah Lalə İsmayılova, ümumi cərrah Günay Allahverdiyeva və anestezioloq Mayıl Sədiyevin iştirakı ilə icra olunub.
Qeyd edək ki, dəyəri yüksək olan - zədələnmiş və ya xəstə böyrəyin sağlam donorun böyrəyi ilə əvəz edilməsi prosesi artıq ölkəmizdə icbari tibbi sığorta ilə qarşılanır. Bundan sonra müasir tibbi avadanlıqlarla təchiz olunmuş əməliyyatxanaya sahib Yeni Klinikada yüksək ixtisaslı, peşəkar komanda sayəsində böyrək transplantasiyası əməliyyatlarının icrası mümkün olacaq.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilib. Qərara əsasən, 2024-cü ildən “Yeni Klinika” Publik Hüquqi Şəxs (qaraciyər, böyrəklər) bu siyahıya əlavə edilib.
Yeni Klinikada ilk dəfə canlıdan-canlıya böyrək transplantasiyası əməliyyatı həyata keçirilib
Digər xəbərlər
Reanimasiya və anesteziya üzrə tibbi xidmətin peşəkarlığının artırılması istiqamətində tədbirlər həyata keçirilir
03.06.2025
TƏBİB və Avstriyanın “EVER Pharma” əczaçılıq məhsullarının istehsalçısı arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
03.06.2025
Qazax Rayon Mərkəzi Xəstəxanasında Fizioterapiya şöbəsi yenidən qurulub
02.06.2025
May ayı ərzində 8 milyondan çox tibbi xidmət göstərilib
18.06.2025
Qazax Rayon Mərkəzi Xəstəxanasında elektron növbə sistemi qurulub
11.06.2025
TƏBİB-in İcraçı direktorunun müşaviri Yaponiyada keçirilən Dünya Fizioterapiya Konqresində iştirak edib
05.06.2025
Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
TƏBİB əməkdaşlarından “ASAN Məktub” layihəsinə dəstək
01.06.2025
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirilib
30.05.2025
Vüqar Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Roma şəhərində işgüzar səfərdə olub
30.05.2025