banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Astara Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə icra olunan laporoskopik xolesistektomiya əməliyyatı canlı yayımlanıb

loader

Astara rayonunda “Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar” İctimai Birliyinin (AHPBCA) “Cərrahların Kabusu - Kəskin Pankreatitə Multidisiplinar Yanaşma” adlı 2-ci regional toplantı baş tutub.

Konfransda “Azərbaycan Hepato Pankreato Biliar Cərrahlar” İctimai Birliyinin sədri Eldar Əhmədov, İdarə heyətinin üzvləri və həkim heyəti, millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, ürək-damar cərrahı Rəşad Mahmudov, Astara Rayon İcra Hakimiyyəti başçının müavini Firəngiz Sadıxova, Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru Oktay Əmənullayev, TƏBİB-in tabeliyində fəaliyyət göstərən İnnovasiya və Təchizat Mərkəzinin Tibbi sərfiyyat və tibbi avadanlıqların planlaması şöbəsinin müdiri Elgün Əhmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə həkim-mütəxəssislər tərəfindən kəskin pankreatit mövzusunda çıxışlar olub, təqdimat və məruzələr təqdim edilib.

200-ə yaxın iştirakçının qatıldığı konfransda Astara Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə icra olunan laporoskopik xolesistektomiya əməliyyatı canlı yayımlanıb. Yeni Klinikanın ümumi cərrahı Elçin Əlizadə və ümumi cərrah Nihad Nəzərzadə öd daşı xəstəliyi diaqnozu ilə gələn 38 yaşlı (qadın) pasiyent üzərində laporoskopik xolesistektomiya əməliyyatını uğurla icra ediblər.

Qeyd edək ki, sahə üzrə maarifləndirmə işinin gücləndirilməsi və səhiyyənin inkişaf etdirilməsi istiqamətində görülən işlərə dəstək məqsədilə “Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar” İctimai Birliyi tərəfindən oxşar tədbirlərin digər bölgələrdə də keçirilməsi nəzərdə tutulur.