banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB bir sıra tibbi ictimai birliklərlə əməkdaşlığa başladı

loader

TƏBİB “Azərbaycan Parodontologiya Cəmiyyəti”, “Azərbaycan Neyrocərrahlar Assosiasiyası” və “Azərbaycan Endokrinoloqlar Cəmiyyəti” ictimai birlikləri ilə əməkdaşlığa dair memorandum imzalanıb.

Memorandumlar TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov və Azərbaycan Parodontologiya Cəmiyyətinin İdarə Heyətinin prezidenti Cavid Əhmədbəyli, “Azərbaycan Neyrocərrahlar Assosiasiyası” İctimai Birliyinin sədri Rövşən Xəlil-zadə, “Azərbaycan Endokrinoloqlar Cəmiyyəti” İctimai Birliyinin sədri Xəyyam Eyvazov tərəfindən imzalanıb.

Memoranduma əsasən, “Azərbaycan Parodontologiya Cəmiyyəti” İctimai Birliyi ilə tibbin stomatologiya, parodontologiya və implantologiya sahələrində qarşılıqlı faydalı, uzunmüddətli və effektiv əlaqələrin qurulması, inkişafı üçün əməkdaşlıq etmək barədə razılığa gəlinib.  Eyni zamanda memorandumda tibb mütəxəssislərinin hazırlanması, tədris proqramlarının tərtib olunması, bununla bağlı təkliflərin verilməsi və müzakirə olunması, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində əhalinin ağız boşluğu sağlamlığının qorunması üçün tibbi xidmətlərinin müasir tələblərə uyğun təşkili, bu xidmətlərin icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırılması və icbari tibbi sığorta üzrə Xidmətlər Zərfində göstəriləcək xidmətlər siyahısının tərtib olunması ilə bağlı təkliflərin verilməsi, müzakirə olunması da öz əksini tapıb.

“Azərbaycan Neyrocərrahlar Assosiasiyası” İctimai Birliyi ilə imzalanan memorandumda isə əhaliyə göstərilən neyrocərrahi xidmətin əlçatanlığının təmin edilməsi, ciddi sosial aspekti olan bir sıra nevroloji-neyrocərrahi xəstəliklərin - travmatik beyin zədələnmələri, insult - profilaktika və müalicəsinə yönəlmiş fəaliyyət proqramlarının tərtib edilməsinə dəstək göstərilməsi,  resurs çatışmazlığı müşahidə olunan bölgələrdə neyrocərrahların təlimini və dayanıqlığını təşviq edən fəaliyyətlər üzrə, bir sıra ağır xəsarət növünə aid edilən xəstəliklərin (məsələn: travmatik beyin xəsarətləri, onurğa beyninin travmatik zədələri və neyrodegenerativ xəstəliklər) qarşısının alınması, erkən aşkarlanması və müalicəsi haqqında cəmiyyətdə məlumatlılığın artırılması, neyrocərrahiyyə sahəsində klinik protokollar, metodik vəsaitlər və s. rəhbər göstərişlərin tərtibi, eləcə də tətbiqinin təşkilinə dəstək göstərilməsi nəzərə tutulur.

“Azərbaycan Endokrinoloqlar Cəmiyyəti” ilə memorandum kliniki-epidemioloji tədqiqatların aparılmasında iştirak edilməsi, endokrinologiya sahəsində elmi-praktik tədbirlərin həyata keçirilməsi, həkimlərin təkmilləşdirilməsinə yönəlmiş kursların təşkili, həkimlərin təkmilləşməsinə yönəlmiş elmi protokolların hazırlanması məsələlərini ehtiva edir.

İmzalama mərasimində tibb sahəsinin inkişafı üçün qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri geniş müzakirə olunub.

 

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader