banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Mərkəzi Neftçilər Xəstəxanasında yeni autoimmun laboratoriyası istifadəyə verilib

loader

Laboratoriya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, müasir tibbi standartlara uyğunlaşdırılması və diaqnostik imkanların genişləndirilməsi məqsədilə TƏBİB tərəfindən laboratoriyaların yenidən təşkili istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir.

Bu çərçivədə Bakı şəhərində autoimmun laborator müayinələr mərkəzləşdirilmiş və optimallaşdırılmış şəkildə təşkili təmin olunub.

Mərkəzi Neftçilər Xəstəxanasında ilk dəfə olaraq autoimmun xəstəliklərin laborator diaqnostikası üzrə ixtisaslaşmış laboratoriya yaradılıb və hazırda tam şəkildə fəaliyyət göstərir.

Layihə çərçivəsində autoimmun xəstəliklərin diaqnostikası üçün nəzərdə tutulan tam avtomatik laboratoriya infrastrukturu qurulub. Yeni qurulan laboratoriya beynəlxalq tibbi və laboratoriya standartlarına cavab verən müasir texniki infrastrukturla tam təchiz olunub. Analizlərin aparılması üçün yüksək dəqiqlikli avtomatlaşdırılmış avadanlıqlar olan “Euroimmun Analyzer I”, “EuroBlotOne”, “EuroPattern Microscope Live”, “IF Sprinter”, “Eurostar IV Plus microscope” cihazları quraşdırılaraq istismara verilib.

Layihə çərçivəsində laboratoriyanın dayanıqlı və effektiv fəaliyyətinin təmin edilməsi məqsədilə işçi heyətin bilik və bacarıqlarının artırılmasına xüsusi diqqət yetirilib. Belə ki, laboratoriya əməkdaşları müasir diaqnostik metodlar, avtomatlaşdırılmış sistemlərin istismarı və analiz nəticələrinin düzgün interpretasiyası üzrə peşəkar təlimlərə cəlb olunub.

Qeyd edək ki, Mərkəzi Neftçilər Xəstəxanasında qurulan yeni autoimmun laboratoriya müxtəlif autoimmun xəstəliklərin erkən mərhələdə aşkarlanması, diaqnostik proseslərin sürətləndirilməsi və nəticələrin yüksək dəqiqliklə əldə olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu isə həm pasiyentlər üçün göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasına, həm də həkimlərin klinik qərarvermə prosesində daha etibarlı laborator məlumatlarla təmin olunmasına imkan yaradır.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader