banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Bayram günlərində təcili və təxirəsalınmaz tibbi yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

loader

Bayram günlərində əhalinin sağlamlığının qorunması məqsədilə TƏBİB rəhbərliyi tərəfindən tibb müəssisələrinə müvafiq tapşırıqlar verilib. Vətəndaşların təcili tibbi yardıma fasiləsiz çıxışını təmin etmək üçün müvafiq təşkilati tədbirlər görülüb.

Bundan əlavə, tibb müəssisələrində təcili təxirəsalınmaz tibbi yardım, reanimasiya və intensiv terapiya, təxirəsalınmaz cərrahi yardım, travmatoloji yardım, kardioloji və nevroloji təcili yardım, toksikoloji yardım, təcili pediatrik yardım, təcili mamalıq-ginekoloji yardım, habelə laboratoriya və radioloji təxirəsalınmaz diaqnostika xidmətlərinin gücləndirilmiş iş rejimində fəaliyyəti təmin ediləcəkdir.

Eyni zamanda Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Qeyri-iş günlərində xidmətin operativliyinin və keyfiyyətinin təmin edilməsi məqsədilə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik sistemi təşkil olunub, həkim briqadalarının sayı mövcud ehtiyaclara uyğun olaraq formalaşdırılıb. Təcili tibbi yardım briqadaları tibbi avadanlıqlar, dərman preparatları və digər zəruri tibbi vasitələrlə tam təmin edilib.

Hazırda Bakı şəhəri üzrə təxminən 140 təcili tibbi yardım briqadası, ölkənin 61 regionu üzrə isə 270-ə yaxın briqada xidmətə hazır vəziyyətə gətirilib.

Bayram günlərində həm ölkə daxilindən, həm də xarici ölkələrdən, xüsusilə Bakı şəhərinə gələn şəxslərin sayında artım müşahidə olunduğundan, maddi-texniki təminat və kadr resursları bu artıma uyğun şəkildə planlaşdırılıb.

Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin fasiləsiz, operativ və səmərəli fəaliyyəti nəzarətdə saxlanılacaq, fövqəladə hallara çevik reaksiya verilməsi təmin ediləcəkdir.