TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Xəzər Tibb Mərkəzinə mediatur təşkil olunub.
Təşkil olunan mediaturun məqsədi media nümayəndələrini tibb müəssisəsində yaradılan infrastruktur, müasir tibbi imkanlar, icbari tibbi sığorta sisteminin tətbiqi və göstərilən xidmətlərin təşkili ilə yerində tanış etməkdir.
Mediatur iştirakçılarını salamlayan TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova qeyd edib ki, bu, cari il ərzində TƏBİB və Agentliyin birgə keçirdiyi dördüncü və sonuncu media turdur.
Departament rəhbəri mediaturların jurnalistlərin tibb müəssisələri, oradakı şərait və yeniliklərlə yerində tanış olması və ictimaiyyətin məlumatlandırılması baxımından geniş imkan yaratdığını bildirib:
“Bu gün TƏBİB-in məqsədlərindən biri də informasiya açıqlığının təmin olunmasıdır. Bu istiqamətdə tabelitibb müəssisələrinin rəsmi internet saytlarının istifadəyə verilməsi üçün işlər sürətləndirilib.
Cari il ərzində “Vahid Xəstəxana Saytı” layihəsi icra olunub, sözügedən layihə çərçivəsində TƏBİB-in tabeliyində fəaliyyət göstərən 20 tibb müəssisəsinin rəsmi internet saytı hazırlanır. Artıq Mərkəzi Neftçilər Xəstəxanasının rəsmi internet saytı üzrə işlər yekunlaşıb. Bundan əlavə, Binəqədi, Xətai və Sumqayıt tibb mərkəzlərinin, həmçinin Quba və Lənkəran rayon mərkəzi xəstəxanalarının rəsmi internet saytları üzrə də işlər davam etdirilir”.
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, icbari tibbi sığortanın tətbiqi Xəzər Tibb Mərkəzində tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə və infrastrukturun gücləndirilməsinə şərait yaradıb:
“Son illər ərzində Mərkəzin maddi-texniki bazası yenilənib, müasir tibbi avadanlıqların quraşdırılması ilə diaqnostika və müalicə imkanları əhəmiyyətli dərəcədə genişlənib. Hazırda Mərkəz diaqnostik və müalicə məqsədli müasir tibbi avadanlıqlarla (elektromiyoqrafiya, treadmil üzrə stres test, holter müayinəsi, qastroskopiya və s.) təmin edilib.
Səhiyyə müəssisəsində 7/24 fəaliyyət göstərən 3-cü səviyyəli laboratoriya yaradılıb ki, bu da pasiyentlərin təcili və dəqiq diaqnostik xidmətlərə çıxışını xeyli yaxşılaşdırıb".
TƏBİB-in Tibbi xidmətin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva Xəzər Tibb Mərkəzində yaradılan tibbi xidmətlər, nəzərdə tutulan layihələrlə bağlı məlumatları diqqətə çatdırıb.
Xəzər Tibb Mərkəzinin direktoru Mübariz Ağayev bildirib ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində ümumilikdə 230 724 nəfər Xəzər Tibb Mərkəzinə müraciət edib:
“Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayında artım müşahidə olunur. Belə ki, cari ilin yanvar-noyabr ayları ərzində müraciət edən 230 724 nəfərə ümumilikdə 780 134 tibbi xidmət göstərilib. Həmin dövrdə 5125 nəfər stasionar müalicə alıb. 2025-ci ilin ilk 11 ayında 2713 cərrahi prosedur icra olunub. Məhz cərrahi xidmətlərinin sayının və keyfiyyətinin artırılması istiqamətində də işlər davam etdirilir”.
Daha sonra Xəzər Tibb Mərkəzində Poliklinika, Radiologiya, Laboratoriya, Təcili tibbi yardım şöbələri ilə tanışlıq olub.
Mediatur çərçivəsində media nümayəndələri tibb müəssisəsində müvafiq müayinələrdən keçiblər.
Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.
Xəzər Tibb Mərkəzinə mediatur təşkil olunub
Digər press-relizlər
Yeni Klinikada robotik cərrahi xidmətlərin icrasına başlanılıb
23.01.2026
Bayram günlərində təcili tibbi yardım xidmətinə rekord sayda müraciət daxil olub
05.01.2026
Bayram günlərində təcili və təxirəsalınmaz tibbi yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
30.12.2025
“815” Çağrı Mərkəzinə noyabr ayı ərzində 11 mindən çox zəng daxil olub
23.12.2025
TƏBİB-də 11 ayın yekunları və qarşıya qoyulan hədəflər müzakirə olunub
15.12.2025
Xəzər Tibb Mərkəzinə mediatur təşkil olunub
11.12.2025
Yeni Hemodializ şöbələri fəaliyyətə başlayacaq
10.12.2025
2023-2025-ci illər ərzində 650.000-dən çox hemodializ seansı icra olunub
27.11.2025
“815” Çağrı Mərkəzinə oktyabr ayı ərzində 13 mindən çox zəng daxil olub
24.11.2025
Professor İbrahim Yıldırımın xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib
21.11.2025