banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir

locationIconŞəhər
Bakı
timeIconSon müraciət
15.05.2024

Görəcəyiniz işlər:

  • Aparılacaq monitorinqlərin planlarının tərtib edilməsi
  • Səhiyyə sahəsində qüvvədə olan normativ sənədlərin sahədə tətbiqinin monitorinq edilməsi
  • Tətbiq olunan keyfiyyət standartlarının (təlimat, qayda, prosedur) tətbiqinin monitorinqində bilavasitə iştirak edilməsi
  • Xəstəliklərin Beynəlxalq Təsnifatına əsasən nazologiya metodikası üzrə yoxlama predmeti olan sənədlərdə kliniki protokolların tətbiqinin monitorinq edilməsi
  • Şöbəyə daxil olmuş müraciətlərə müəyyən olunmuş qaydada və müddətdə baxılması, müvafiq tədbirlərin görülməsi və əsaslandırılmış cavabın göndərilməsi
  • Aparılmış monitorinqlərin nəticələri əsasında fəaliyyət hesabatlarının və görülmüş işlərin reyestrinin hazırlanması
  • Aşkarlanmış nöqsanların, hüquqpozmalarının, çatışmazlıqların aradan qaldırılması məqsədilə təkliflərin hazırlanması
  • Verilmiş tapşırıqların icrası ilə bağlı tabeli müəssisələrdən, TƏBİB-in struktur bölmələrindən və digər qurumlardan zəruri məlumatların müəyyən edilmiş qaydada əldə edilməsi
  • Şöbənin fəaliyyəti ilə bağlı aylıq, rüblük və illik hesabatların hazırlanması

Bizim üçün uyğun namizəd:

  • Ali tibbi təhsil (kliniki ixtisaslar üzrə)
  • Tibb sahəsi üzrə minimum 5 il iş təcrübəsi
  • Kompüter bilikləri: MS Office proqramları yüksək səviyyədə
  • Komandada işləmə bacarığı
  • Yüksək yazılı və şifahi kommunikasiya bacarıqları
  • Məsuliyyətlilik
  • Dürüstlük və etibarlılıq
  • İntizamlılıq
  • Nəticəyönümlülük
  • Aktiv dinləmə bacarığı
  • Araşdırmaq və yenilikləri tətbiq etmək

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 – 18:00

Müraciət qaydası

  • CV vacancy@tabib.gov.az ünvanına göndərilməlidir
  • Mövzu sətrində “Monitorinq şöbəsi – Böyük məsləhətçi” qeyd olunmalıdır
  • Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.