banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Daxili nəzarət şöbəsinə məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir

locationIconŞəhər
Bakı
timeIconSon müraciət
15.05.2024

Görəcəyiniz işlər:

  • Daxili nəzarət məqsədləri üçün TƏBİB-in struktur bölmələrində müvafiq fəaliyyət sahələri üzrə daxili nəzarət prosedurlarının həyata keçirilməsi
  • TƏBİB-in struktur bölmələrinin fəaliyyətinin əsasnamə, daxili qayda və vəzifə təlimatları tələblərinə uyğunluğunun və yayınmaların qiymətləndirilməsi
  • TƏBİB-in struktur bölmələrinin, həmçinin tabeliyində olan tibb müəssisələrinin əməkdaşlarının törətdiyi hüquqpozmalarını, onların əmək, icra intizamını və qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin tələblərini pozması, funksiyalarına uyğun olmayan fəaliyyətlə məşğul olması hallarının araşdırılması və hüquqpozmalara yol vermiş əməkdaşlar barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi ilə bağlı təkliflərin verilməsi
  • Aparılmış daxili nəzarət tədbirlərinin nəticələri üzrə cinayət tərkibinin əlamətləri müəyyən edildiyi halda məsələyə hüquqi qiymət verilməsi və sözügedən halların öz təsdiqini tapması halında iş üzrə materialların hüquq-mühafizə orqanlarına göndərilməsi üçün rəhbərlik qarşısında məsələ qaldırılması
  • Daxil olan vətəndaş müraciətlərinin araşdırılması və müvafiq cavabların hazırlanması
  • Xidməti zərurət yarandığı təqdirdə TƏBİB tabeli tibb müəssisələrində yerində yoxlamalarda iştirak edilməsi

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (tibbi və ya iqtisadi)
  • Sahə üzrə minimum 1il iş təcrübəsi
  • Kompüter bilikləri: MS Office proqramları yüksək səviyyədə
  • Komandada işləmə bacarığı
  • Yüksək yazılı və şifahi kommunikasiya bacarıqları
  • Məsuliyyətlilik
  • Dürüstlük və etibarlılıq
  • İntizamlılıq
  • Nəticəyönümlülük

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 – 18:00

Müraciət qaydası

  • CV vacancy@tabib.gov.az ünvanına göndərilməlidir
  • Mövzu sətrində “ Daxili nəzarət şöbəsi - məsləhətçi” qeyd olunmalıdır
  • Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.