banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı tədbirlər davam etdirilir

loader

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı tədbirlər davam etdirilir

Agentliyin rəhbərliyinin təşəbbüsü ilə tibb müəssisələrinin həyətyanı sahəsində yaşıllaşdırma işlərinin aparılması və Agentlikdən xatirə olaraq kiçik bir bağçanın yaradılması məqsədilə növbəti ağacəkmə aksiyası Sabunçu Tibb Mərkəzində keçirilib.

Aksiyada Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, sədr müavini Nigar Bayramova, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova, Agentlik və tibb müəssisəsinin əməkdaşları iştirak ediblər.

Ağacəkmə aksiyalarının keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ağacəkmə işini ümummilli hədəflərimizdən birinə çevirmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

 

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader