banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB-in tabeli tibb müəssisələrində çalışan ixtisaslı həkimlər üçün spirometriyaya dair maarifləndirici kurs təşkil olunub

loader

TƏBİB və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun təşkilatçılığı ilə TƏBİB-in tabeli tibb müəssisələrində çalışan ixtisaslı həkimlər üçün spirometriyaya dair maarifləndirici kurs təşkil olunub.

Təlimin məqsədi həkimlərin bu istiqamətdə bilik və bacarıqlarının artırılması, müayinələrin aparılması zamanı verilmiş avadanlıqlardan səmərəli istifadənin təmin edilməsidir.

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru Natəvan Fərəcova, Türkanə Rəhimova və Əsəd Beydullayev tərəfindən keçirilən təlimdə iştirakçılara spirometriyaya göstərişlər və əks-göstərişlər, cihazın texniki istifadəsi, müxtəlif patologiyalar üzrə nəticələrin təhlili haqqında geniş məlumat verilib.

Daha sonra akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Allergiya şöbəsində stasionar müalicə alan xəstələrin spirometrik müayinəsi aparılıb və nəticələr təhlil edilib.

Ümumilikdə 48 həkimin iştirak etdiyi təlimdə spirometriya cihazı ilə yeni tanış olmuş həkimlərə elektron variantda təlimatlar və məlumatlar da təqdim edilib.

loader
loader
loader
loader
loader
loader