banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi Füzuli şəhərinə yola salınan köç karvanını müşayiət edib

loader

Zərurət yarandığı halda ilkin tibbi yardım göstərə bilmək üçün aprelin 22-də Füzuli şəhərinə yola salınan növbəti köç karvanını TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin əməkdaşları müşayiət ediblər.

Qeyd edək ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb.

Budəfəki köç karvanı ilə 39 ailə - 172 nəfər Füzuli şəhərinə köçürülüb.

 

loader
loader
loader
loader
loader
loader