banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Şəkidə “Minimal invaziv cərrahiyədə bu gün” adlı konfrans keçirilib

loader

TƏBİB-in təşkilati dəstəyi ilə Şəkidə Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti tərəfindən “Minimal invaziv cərrahiyyədə bu gün” adlı konfrans keçirilib.

Şəki Rayon Mərkəzi Xəstəxanası və Şəki Heydər Əliyev Mərkəzində keçirilən konfransda TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti, professor Qurbanxan Müslümov, Şəki və ətraf rayonlardan 150-yə yaxın cərrah, həkim və tibb bacıları iştirak edib.

Tədbirdə çıxış edənlər səhiyyə sahəsindəki hazırkı durumdan danışıb, yeniliklərin tətbiqindən söz açıblar. Onlar belə konfransların keçirilməsinin regiondakı mütəxəssislərin dünyadakı yeni cərrahi tendensiyalarla tanışlığı, yerində təhsil və özünü inkişaf üçün mühüm rol oynadığını vurğulayıblar. Tədbirdə laparoskopik cərrahiyyə, ginekologiya, urologiya və bariatrik cərrahiyyənin son nailiyyətlərinə həsr olunan maraqlı məruzələr dinlənilib, diskussiyalar təşkil olunub.

Konfransdan sonra Minimal invaziv cərrahiyyənin ən son nailiyyətlərindən hesab olunan endoskopik tiroidektomiyanın (izsiz, kəsiksiz zob əməliyyatı) və digər əməliyyatların canlı olaraq konfrans zalına translyasiya edilməsi də maraqla qarşılanıb.

Qeyd edək ki, tədbir “Zoom” platforması üzərindən canlı olaraq Özbəkistanın Namangan Dövlət Universitetinin tibb fakültəsinin müəllim və tələbə heyəti üçün də canlı yayımlanıb.

 

loader
loader
loader
loader
loader
loader
loader