banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

1600-dən çox Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü işlə təmin olunub

loader

Vətən müharibəsi dövründə TƏBİB tabeli tibb müəssisələrində yüzlərlə soydaşımızın həyatı xilas edilib, operativ şəkildə müdaxilə edilərək fiziki sağlamlığı qorunub, potensial fiziki məhdudiyyət riskləri aradan qaldırılıb.

Post-konflikt dönəmində zəfərimizin memarlarının sosial rifahının yaxşılaşdırılması, reinteqrasiya prosesinin sürətlənməsi, bilik və bacarıqlarının dəyərləndirilməsi istiqamətində mütərəqqi addımlar atılıb. Bu istiqamətdə tabeli tibb müəssisələrinə 893 qazi, 748 şəhid ailəsi üzvü, ümumilikdə isə 1641 nəfər işə qəbul edilib, onların iş fəaliyyəti dönəmində bilik və bacarıqlarının inkişafına xüsusi diqqət ayrılıb.

2023-cü ilə qədər olan statistik məlumatlara əsasən qazilərin işlə təmin olunması sayına görə ilk üçlükdə Gəncə Şəhər Birləşmiş Xəstəxanası (58 nəfər), Şirvan Şəhər Mərkəzi Xəstəxanası (46 nəfər) və Kliniki Tibbi Mərkəz (45 nəfər) yer alır.

Şəhid ailələrinin üzvlərinin işlə təmin olunması sayına görə isə ilk üçlükdə Sumqayıt Tibb Mərkəzi (68 nəfər), Bakı Baş Səhiyyə Mərkəzi (39 nəfər), Xocavənd Rayon Mərkəzi Xəstəxanası (29 nəfər) yer alır.